İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirilib

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirilib
# 09 mart 2021 17:36 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan nəticələri saat 16:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahan Bakı şəhərində 1 binada aparılıb. İmtahan saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda iştirakı nəzərdə tutulan 94 nəfərdən 4 nəfər imtahana gəlməyib.

İmtahanda şagirdlərə 30 qapalı tapşırıq təqdim olunub. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar. İmtahanda iştirak edən 24 nəfərin nəticəsi “məqbul”dur.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Apelyasiya komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya komissiyasına 10 mart saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR