İlkin əlillik təyinatı aparılan şəxslərin sayı açıqlanıb

İlkin əlillik təyinatı aparılan şəxslərin sayı açıqlanıb
  • Clock-gray 16:23
  • calendar-gray 09 Mart 2021

2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da əvvəlki illə müqayisədə 53,0% azdır. 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, onlardan, I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,7 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 5,2 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 2,7 min nəfər olub. Bu isə 2019-cu illə müqayisədə, müvafiq olaraq, I dərəcə üzrə 46,0%, II dərəcə üzrə 51,0%, III dərəcə üzrə isə 49,0% azdır.

Eyni zamanda, onlardan 3,6 min nəfər ilkin sağlamlıq imkanları məhdud uşaqlar olub ki, bu da əvvəlki  illə müqayisədə 60,0% azdır. 

Günay Elşadqızı

Digər xəbərlər