İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb

İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb
  • Clock-gray 17:36
  • calendar-gray 02 İyun 2020

"İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

O deyib ki, digər tərəfdən şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır: "Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub".

Günay Elşadqızı

Digər xəbərlər