İmtahanda iştirak etmədən attestat alacaq məzunların qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirilib

İmtahanda iştirak etmədən attestat alacaq məzunların qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirilib
  • Clock-gray 12:24
  • calendar-gray 06 İyul 2020

Buraxılış imtahanında iştirak etmədən attestat alacaq məzunların qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatlar veriləcək: “Sadəcə həmin məzunlar buraxılış imtahanlarında iştirak etmədiklərinə görə, buraxılış imtahanlarının qiymət xanası boş qalacaq. Digər fənlər üzrə isə onların qiymətləri yazılacaq”.

Eyni zamanda qeyd edilib ki, həmin məzunlara buraxılış imtahanlarının qiymətlərinin yazılmaması onların xarici ali təhsil müəssisələrinə imtahan verməklərinə mane olmayacaq.

 

Günay Elşadqızı

Digər xəbərlər