İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib
  • Clock-gray 22:06
  • calendar-gray 04 Aprel 2020

Aprelin 4-də Azərbaycanda 3806 nəfər koronavirus testindən keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 41 673 nəfərdir. Reanimasiyadakı və inkubasiya olunmuş xəstələrin sayı 4-dür.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 521, virusdan ölənlərin sayı 5, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 484 nəfərdir.

Əsmər Qabil

Digər xəbərlər