İnfeksionist: "Koronavirusa yoluxanların sayının artması əsgərlərimizə stasionar yardım edilməsini çətinləşdirir"

İnfeksionist: "Koronavirusa yoluxanların sayının artması əsgərlərimizə stasionar yardım edilməsini çətinləşdirir"
# 03 noyabr 2020 11:29 (UTC +04:00)

“İki ay əvvəl koronavirusa yoluxma sayının az olması insanlar arasındakı rahatlıq yaratdı, amma bu, yoluxmanın azalması idi, pandemiyanın bitməsi deyildi".

Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Süleyman Kamilov deyib.

ONun sözlərinə görə, digər tərəfdən ölkəmiz hazırda müharibə şəraitindədir: "Erməni qoşunlarını torpaqlarımızdan qovmaq üçün səfərbər olmuşuq. Buna nail olacağıq. Amma bu, bizə digər düşməni unutdurmamalıdır. Koronavirus xəstəliyi hələ də davam edir”.

Həkimin sözlərinə görə, COVID-19-un klinik əlamətləri, xəstəliyin gedişatı, ağırlaşma dərəcəsi az dəyişib: “Artıq risk qrupları kimi kriteriyaları ayırmaqda çətinlik çəkirik. Virus artıq yaşlı, cavan, yanaşı xəstəlik olub-olmamasını tanımır. İnsanların müharibə dövründə qaydalara əməl etməməsi işləri bir az da çətinləşdirir. Qaydalara əməl etməməklə ordumuza, orada çalışan tibb işçilərinə təhlükə yaradır, işləri çətinləşdiririk. Koronavirusa yoluxanların sayının artması əsgərlərimizə stasionar yardım edilməsini çətinləşdirir. Gəlin, ölkə olaraq hər iki düşmənə bərabər qalib gələk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR