İnstitut direktoru: “COVID-19-u keçirənlər ilk mərhələdə vaksinasiya olunmaya bilər”

İnstitut direktoru: “COVID-19-u keçirənlər ilk mərhələdə vaksinasiya olunmaya bilər”
# 15 dekabr 2020 16:53 (UTC +04:00)

“Şəxs koronavirusdan 4-5 aydır sağalıbsa, onun vaksinasiya olunmasına ehtiyac yoxdur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

A. Allahverdiyevin sözlərinə görə, bununla belə şəxsin ikinci dəfə koronavirusa yoluxma təhlükəsi var: “Şəxs ikinci dəfə yoluxa bilər. İlk yoluxmada vücudunda atntitellər meydana gəlibsə, təkrar yoluxduğu halda çox böyük ehtimalla xəstəliyi kritik keçirməməsi mümkündür. Lakin xəstəliyi keçirmiş və bədənində xəstəliyə qarşı immun cavab meydana gəlməyibsə, o yenidən xəstələnə də, xəstəliyi ağır keçirə də bilər. Bununla belə, məsələn, Türkiyədə və digər ölkədə COVİD keçirənləri dərhal vaksinasiya etmək planlaşdırılmır. Onlar daha sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar. COVİD-i keçirənlər ilk mərhələdə vaksinasiya edilməyə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR