İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib
# 19 iyun 2020 12:49 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihələrinə əsasən, hər iki qanuna müvafiq ifadələr “ilk tibbi yardım qutusu” ilə əvəz edilir.

İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinin 356.1-ci bəndində “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.

“Yol hərəkəti haqqında” qanunun isə 20 maddəsinin IV hissəsində “xüsusi dərman qutularının” sözləri “ilk tibbi yardım qutusu” sözü ilə əvəzlənir.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR