İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı dəyişib

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı dəyişib
# 03 iyul 2020 16:39 (UTC +04:00)

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı fərmanda əksini tapıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından:

- Məcəllənin 211 (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə), 405 (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə), 430.1 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda), 430.2, 460, 461, 467, 545 və 598-ci (hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsləri hesab olunacaq.

Qüvvədə olan fərmana əsaəsən, Vergilər Nazirliyi adından:

Məcəllənin 405 (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə), 430.1 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda), 430.2, 460, 461, 467, 545 və 598-ci (hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – vergilər naziri, onun müavinləri, Nazirliyin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsləri hesab olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR