İqtisadiyyat Nazirliyi 10 şəhər və rayonda fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstərəcək

İqtisadiyyat Nazirliyi 10 şəhər və rayonda fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstərəcək
# 06 noyabr 2020 15:14 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi tərəfindən 10 şəhər və rayonda fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Bu Qərar 2020-ci il 7 noyabr saat 00:00-dan qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR