İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələri artırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələri artırılıb
# 03 iyul 2020 16:59 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin Fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi ”ndə edilən dəyişikliyə əsasən isə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR