İrandan Azərbaycana gətirilən albuxarada kif göbələkləri aşkarlanıb

İrandan Azərbaycana gətirilən albuxarada kif göbələkləri aşkarlanıb
# 23 fevral 2021 12:21 (UTC +04:00)

İran İslam Respublikasında fəaliyyət göstərən “Trading MİREBRAHİM SEYED ALAEİ” müəssisəsi tərəfindən istehsal olunan və fiziki şəxs Nuriyev Ariz Arzuman oğlu tərəfindən ölkəmizə idxal edilən 2.75 ton qurudulmuş albuxara məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri baxış keçirib.

AQTA-dan APA-ya verilən xəbərə görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda kif göbələkləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR