İrandan idxal edilən zəncəfilin yararsız olduğu aşkarlanıb

İrandan idxal edilən zəncəfilin yararsız olduğu aşkarlanıb
# 01 aprel 2021 16:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.

AQTA-dan APA-ya verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR