"Karantinə alınan Ağdaş sakininin koronavirus təhlükəsi yoxdur" - YENİLƏNİB

"Karantinə alınan Ağdaş sakininin koronavirus təhlükəsi yoxdur" - YENİLƏNİB
  • Clock-gray 18:30
  • calendar-gray 28 Fevral 2020

"Ağdaşda İrandan gəlmiş şəxsin ürəyinin getməsi, yüksək hərarətinin olması barədə məlumat şayiədir. Həmin şəxs İranda işləyirmiş".

APA-nın xəbərinə görə, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, həmin şəxs yorğunluq səbəbindən huşunu itirib və xəstəxanaya çatdırılıb: "Onun gözündə konyuktivit aşkarlanıb, ümumi halsız olub. Hərarəti və koronavirus təhlükəsi yoxdur".

***

12:28

İrandan yeni qayıdan Ağdaş sakini xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, Abad kənd sakini olan həmin şəxs qonşu ölkədən bir neçə gün əvvəl qayıdıb.

Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunur ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb: “Hazırda onun temperaturu normaldır. Ümumi halsızlığı və gözlərində konyuktivit var. Müayinələr davam edir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date