İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib

İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib
  • Clock-gray 17:22
  • calendar-gray 08 Mart 2021

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

APA bildirir ki, səfirlik bu barədə rəsmi twitter səhifəsində paylaşım edib:

“Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”.

Zümrüd Paşkin

Digər xəbərlər