İranın bəzi əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

İranın bəzi əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
# 23 fevral 2021 14:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Mazandaran (Mazandaran), Gilan (Gilan), Qum (Qom), Kürdüstan (Kurdistan) əyalətlərində və Şotlandiyanın Fayf (Fife) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərindən və Şotlandiyanın Fayf inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından və Şotlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR