İranla Naxçıvan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib

İranla Naxçıvan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib
# 25 sentyabr 2020 12:01 (UTC +04:00)

İranın Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevlə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazir təbii və qeyri-təbii fəlakətlərlə əlaqəli bir sıra təlim tədbirlərinin keçirildiyini qeyd edib.

O, Rusiya ilə əməkdaşlıq nəticəsində təlim şöbələrinin yaradıldığını vurğulayıb.

Ş. Abdullayev onu da bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi müasir avadanlıqlarla təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR