İraqdan idxal edilən xurmada kif göbələyi aşkarlanıb

İraqdan idxal edilən xurmada kif göbələyi aşkarlanıb
  • Clock-gray 10:38
  • calendar-gray 17 Fevral 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri "AGRO ALLIANCE" MMC tərəfindən İraq Respublikasından ölkəmizə idxal edilən 23.50 ton quru xurma məhsuluna baxış keçirib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Günay Elşadqızı

Digər xəbərlər