“İrşad”da sərfəli Ramazan təklifləri və 50%-dək endirimlər

“İrşad”da sərfəli Ramazan təklifləri və 50%-dək endirimlər
# 10 aprel 2021 17:43 (UTC +04:00)

“İrşad”da 11 ayın fürsəti olan kampaniyadan faydalanmaq şansınız var. Ramazanın gəlişi ilə əlaqədar 18 aprelədək olan kampaniya çərçivəsində iftar süfrələrinizi bol nemətlərlə bəzəmək, bir-birindən dadlı təamlar hazırlamaq və ya onları təravətli saxlamaq üçün evinizə uyğun məişət texnikasını 18 ay, işlərinizi tez həll edib ailənizlə bir yerə toplaşıb xoş vaxt keçirməyiniz üçün isə notbukları və geniş ekran TV-ləri 24 ayadək heç bir ilkin ödəniş etmədən və faizsiz şərtlərlə əldə edə bilərsiniz. Bu şərtlərlə həmçinin istədiyiniz smartfon 12 aya hissə-hissə ödəməklə təklif olunur.

Bununla yanaşı, “İrşad”ın bütün mağazalarına yaxınlaşaraq nağd və ya taksit kartları ilə alış-veriş zamanı seçilmiş məhsullara təklif edilən 50%-dək endirimdən də faydalana bilərsiniz. Kampaniya “İrşad”ın ölkə üzrə fəaliyyət göstərən bütün mağazalarında keçərlidir.

Eyni zamanda, “İrşad”da mövcud olan fürsətlərdən faydalanaraq yüksək performanslı Samsung A52 və axtardığınız bütün özəlliklərə sahib Redmi Note 10 smartfonuna əldə etmək mümkündür. LG, “Fakir”, “Tefal” brendinin seçilmiş məhsullarını alanlar isə hədiyyələr əldə edəcəklər. Bütün bu və digər kampaniyalardan faydalanmaq və məlumatlı olmaq üçün www.irshad.az saytını və sosial şəbəkələri izləmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR