İşçi Qrupun rəhbəri: "Füzuli rayonunda 120-yə yaxın fərdi yaşayış evinin və sosial obyektin vəziyyəti qiymətləndirilib"

İşçi Qrupun rəhbəri: "Füzuli rayonunda 120-yə yaxın fərdi yaşayış evinin və sosial obyektin vəziyyəti qiymətləndirilib"
# 16 noyabr 2020 16:19 (UTC +04:00)

"Bu vaxta kimi Füzuli rayonunda erməni təcavüzü nəticəsində dağıdılmış 120-yə yaxın fərdi yaşayış evinin və sosial obyektə baxış keçirilib".

Bunu APA-ya açıqlamasında Füzuli-Cəbrayil üzrə İşçi Qrupunun rəhbəri İsmayıl Zeynalov deyib.

O bildirib ki, icra hakimiyyətinin verdiyi siyahıya əsasən, təxminən 260-270 fərdi ev, 5 ədəd sosial obyekt olan məktəblər, 2 ədəd ictimai bina, 2 ədəd məscid və bir neçə ədəd də özəl obyektlərə ziyan dəyib: “Bu vaxta kimi 120-yə yaxın fərdi yaşayış evinin və sosial obyektin indiki vəziyyətini təyin etmişik və akt tərtib edilib. Bütün aktlar hamısı müvafiq olaraq Bakıya göndərilir və lazım olan bütün tədbirlər görülür və görüləcək. Ziyanın qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində hazırda Füzuli rayonunda tədbirlər davam etdirilir. Füzuli rayonunda işləri 3-4 gün ərzində tam başa çatdırdıqdan sonra Cəbrayıl rayonunda da işlərimizi aparacağıq. Cəbrayıl rayonunda Cocuq Mərcanlıda 42-44 ədəd fərdi və digər təyinatlı obyaktlərə ziyan dəyib. Orada da işləri tam yekunlaşdırıb aktları Komissiyaya gödərəcəyik. Sakinlərin tezliklə mənzillə təmin edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR