İşçi qrupun üzvü: "Son günlər COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirib çıxarır"

İşçi qrupun üzvü: "Son günlər COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirib çıxarır"
# 03 noyabr 2020 14:23 (UTC +04:00)

“Son günlər COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirib çıxarır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

Onun sözlərinə görə, koronavirusa qarşı ehtiyat tədbirlərinə hər kəs əməl etməlidir: “Hərarət, öskürək və ya təngnəfəslik olarsa, dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR