İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir

İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir
# 18 noyabr 2020 11:46 (UTC +04:00)

İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova APA-ya bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir: “Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR