İsi Məlikzadənin hərbçi nəvəsi vəfat edib - RƏSMİ

İsi Məlikzadənin hərbçi nəvəsi vəfat edib - RƏSMİ
# 04 dekabr 2019 18:34 (UTC +04:00)

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Qeyd edək ki, A. Məlikzadə yazıçı İsi Məlikzadənin nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR