İşsizlikdən sığorta fondunun gəlir və xərcləri artırılıb

İşsizlikdən sığorta fondunun gəlir və xərcləri artırılıb
# 13 avqust 2020 15:54 (UTC +04:00)

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, İşsizlikdən sığorta fondunun bu il üzrə büdcəsi dəyişdirilərək gəlirləri və xərcləri artırılıb.

Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR