“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur
# 05 avqust 2020 15:49 (UTC +04:00)

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.

Qanunun əsasən, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.

Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Layihədə 9 qanuna 20-yə yaxın dəyişiklik təklif edilir.

Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR