İyulun 2-3-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək

İyulun 2-3-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək
# 25 iyun 2020 12:03 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dən APA-ya verilən məlumata görə, 2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq mümkündür.

Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcək. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – qrafikdə tanış olmaq mümkündür:

Tarix/İmtahan*

02.07.2020 03.07.2020
– Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə
qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı
– H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı
––– Naxçıvan MR
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı
Daşkəsən
Şirvan
Ağcabədi
Bərdə


Naxçıvan MR
Naftalan
Saatlı
Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün

Tovuz
Gədəbəy
Şəki
Şamaxı
Ucar
Qusar


Naxçıvan MR
Şəmkir
Qəbələ
İsmayıllı
Zərdab
Şabran
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı

Tovuz
Gədəbəy
Şəki
Lerik
Şamaxı
Ucar
Qusar


Naxçıvan MR
Şəmkir
Qəbələ
Yardımlı
İsmayıllı
Zərdab
Şabran
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
əvvəlki illərin məzunları üçün qəbul imtahanı

Tovuz
Gədəbəy
Şəki
Lerik
Şamaxı
Ucar
Qusar

Naxçıvan MR
Şəmkir
Qəbələ
Yardımlı
İsmayıllı
Zərdab
Şabran
Azərbaycan dili (dövlət dili) imtahanı:
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə
təsdiq etmiş əvvəlki illərin məzunları üçün

Daşkəsən
Şirvan
Ağcabədi
Bərdə


Naxçıvan MR
Naftalan
Saatlı

Qeydlər:

- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR