Direktor müavinləri və sinif müəllimləri iyunun 2-dən 15-dək işə çıxacaq

Direktor müavinləri və sinif müəllimləri iyunun 2-dən 15-dək işə çıxacaq
# 02 iyun 2020 17:17 (UTC +04:00)

“Bu gün təsdiqlənən müvafiq təlimat məktubunda qeyd edilib ki, iyunun 2-dən 15-dək ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qrafik əsasında, sanitar-epidemioloji qaydaları gözləməklə təhsilalanların illik qiymətləndirməsi və digər proseslər üçün təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif müəllimləri və zərurət olduqda digər müəllimlər işə cəlb olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə bildirib.

O əlavə edib ki, həmin proses ümumtəhsil müəssisəsinin müəyyən etdiyi qrafik əsasında olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR