İyunun 24-25-də keçirilmiş buraxılış imtahanına gəlməyən şagirdlərin sayı açıqlanıb

İyunun 24-25-də keçirilmiş buraxılış imtahanına gəlməyən şagirdlərin sayı açıqlanıb
  • Clock-gray 16:54
  • calendar-gray 16 İyul 2020

11-ci sinif şagirdləri üçün 24-25 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu imtahanlarında iştirakı nəzərdə tutulan 8385 nəfərdən 120 nəfər imtahana gəlməyib.

Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

 

Günay Elşadqızı

Digər xəbərlər