Jen Mironosits pravoslav kafedral kilsəsində Vətən müharibəsi şəhidləri anılıb

Jen Mironosits pravoslav kafedral kilsəsində Vətən müharibəsi şəhidləri anılıb
# 04 dekabr 2020 12:43 (UTC +04:00)

Bu gün Jen Mironosits pravoslav kafedral kilsəsində Vətən müharibəsi şəhidləri anılıb.

APA-nın məlumatına görə, kilsədə şəhidlərin xatirələri anılıb, onların ruhuna dualar oxunub, yaralılara şəfalar dilənib.

Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur.

Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR