Karantin qaydalarının pozulmasına görə 266 cinayət işi başlanıb

Karantin qaydalarının pozulmasına görə 266 cinayət işi başlanıb
# 08 dekabr 2020 15:09 (UTC +04:00)

“Peyvəndin tətbiqinə qədər koronavirusla mübarizədə əsas vasitə maska, sosial məsafənin gözlənilməsi və təmizliyə xüsusi diqqət yetirilməsidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur: “Torpaqlarımızın işğaldan azad edilməsində Daxili Qoşunlar yaxından iştirak edib, ictimai asayişin təmin edilməsi sahəsində də fəaliyyəti Daxili Qoşunlar və polis orqanları həyata keçirir. Bu baxımdan koronavirusa yoluxan insanların yaşadıqları ünvanı tərk etməsi yolverilməzdir. Bu sahədə qaydaların pozulmasına görə 266 cinayət işi başlanıb, 23-ün istintaqı tamamlanıb, 235-in istintaqı davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR