Keçən il Azərbaycanda insan alveri qurbanlarının reabilitasiyası istiqamətində tədbirlər görülüb

Keçən il Azərbaycanda insan alveri qurbanlarının reabilitasiyası istiqamətində tədbirlər görülüb
# 16 aprel 2021 16:40 (UTC +04:00)

Keçən il müəyyən edilmiş insan alveri qurbanlarından 80-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib və sosial xidmətlərlə əhatə olunmaq məqsədi ilə qeyri-hökumət təşkilatlarına yönləndirilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzində 90 qurbanın reabilitasiyası, cəmiyyətə inteqrasiyası və normal həyat tərzinə qaytarılması üçün zəruri tədbirlər də görülüb.

Nəticə etibarilə onlardan 12-si işlə əmin edilib, 25-i peşə kursuna göndərilib, 9-na şəxsiyyəti təsdiq edən sənədlərin alınmasında köməklik göstərilib və hər birinə 700 manat məbləğində birdəfəlik müavinətlər ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 12 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 9-nun atalığı müəyyən edilərək aliment alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR