“Kəlbəcərin azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edilib

“Kəlbəcərin azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edilib
  • Clock-gray 20:57
  • calendar-gray 01 Dekabr 2020

Prezident İlham Əliyrv “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında” əsasnaməni təsdiq edib. 

APA-nın məlumatına görə, “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcək. 

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.

apa-logo-mini

Digər xəbərlər