Kolleclərə 58022 nəfər sənəd verib

Kolleclərə 58022 nəfər sənəd verib
# 05 iyun 2020 11:48 (UTC +04:00)

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 11:45-dək sənəd verən şagirdlərin sayı 58022 nəfərdir. Onlardan 55185 nəfəri Azərbaycan, 2837 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu bu gün başa çatmalı idi. Ancaq DİM tərəfindən sənəd qəbulu iyunun 9-u saat 23:59-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR