Komitə sədri: “Bu il ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb”

Komitə sədri: “Bu il ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb”
  • Clock-gray 11:09
  • calendar-gray 09 Sentyabr 2020

“Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası ilə uğurlu mübarizə aparılır”.

APA-nın məlumatına görə, bunu bu gün  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

Bu məqsədlə bu il dövlət büdcəsindən əhaliyə 600 milyon manat ayrıldığını, dəstəyin 4,8 milyon insanı əhatə etdiyini söyləyən komitə sədri deyib ki, 600 min nəfərə birdəfəlik ödləmə verilib, açılan 90 min ictimai iş yerindən 75 minində insanlar çalışır: “Bu il ünvanlı sosial yardım alanların sayı da 10 min nəfər artıb”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər