Komitə sədrinin müavini: “Təhsil kreditləri haqqında” qanun layihəsi yeni variantda hazırlanıb”

Komitə sədrinin müavini: “Təhsil kreditləri haqqında” qanun layihəsi yeni variantda hazırlanıb”
# 02 iyul 2020 13:59 (UTC +04:00)

“Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iş planına daxil edilib. Komitədə bununla bağlı İşçi qrup yaradılıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, qanun layihəsi üzərində 1 aya yaxın iş gedib. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib. “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin 2020-ci il payız sessiyasında müzakirəyə çıxarılacaq”.

Ə. Məsimli “Təhsil kreditləri haqqında” Qanun layihəsinin yeni variantda hazırlandığını da nəzərə çatıdırıb: "Qanun layihəsi paket halında müzakirəyə hazır vəziyyətə gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR