Konstitusiya Məhkəməsində Ombudsmanın mirasda məcburi pay anlayışının şərh edilməsinə dair sorğusuna baxılacaq

Konstitusiya Məhkəməsində Ombudsmanın mirasda məcburi pay anlayışının şərh edilməsinə dair sorğusuna baxılacaq
# 09 yanvar 2021 10:20 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 1193-cü maddəsi (mirasda məcburi pay anlayışı) aşağıdakı kimidir:

“Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR