Koreya-Azərbaycan 1-ci Humanitar Forumu keçirilir

Koreya-Azərbaycan 1-ci Humanitar Forumu keçirilir
# 04 dekabr 2020 16:38 (UTC +04:00)

Koreya-Azərbaycan 1-ci Humanitar Forumu keçirilir.

Bu barədə APA-ya Koreyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Koreyanın Azərbaycandakı səfirliyi Dongduk Qızlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitututu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitututu və Tarix İnsitututu ilə birgə dekabrın 1-dən 15-dək Koreya-Azərbaycan 1-ci Humanitar Forumunu təşkil edir.

İki ölkə arasında ilk dəfə təşkil ediləcək Koreya-Azərbaycan Humanitar Forumu türkdilli ölkələrlə Koreya arasında dil, tarix və mədəniyyət baxımından oxşarlıqlar və fərqləri müqayisəli şəkildə təhlil etməklə Koreya və Azərbaycan arasında davamlı mübadilə və əməkdaşlığın əsasını gücləndirməyə xidmət edir.

COVİD-19 ilə əlaqədar olaraq forum onlayn şəkildə təşkil edilir və Avrasiya Türk Araşdırmaları İnstitututunun vebsəhifəsinə daxil olmaqla (link: https://eeurasiaturk.dongduk.ac.kr/bbs/rwdweb) fərqli mövzularda məruzə və debatları izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR