Koronavirus infeksiyasına qarşı vaksinasiya ilə bağlı yeni sayt yaradılıb

Koronavirus infeksiyasına qarşı vaksinasiya ilə bağlı yeni sayt yaradılıb
# 02 fevral 2021 16:41 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya ilə bağlı yeni sayt yaradılıb.

APA-nın məlumatına görə, yalnız yeni yaradılan randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür. İkinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək. Peyvənd olunmaq istəyən 65 yaşdan yuxarı vətəndaşlar fevralın 5-i saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR