Koronavirus təhlükəsi ilə əlaqədar 2 şəhər və 8 rayonda repetitor fəaliyyəti dayandırılıb

Koronavirus təhlükəsi ilə əlaqədar 2 şəhər və 8 rayonda repetitor fəaliyyəti dayandırılıb
# 07 noyabr 2020 00:00 (UTC +04:00)

Azərbaycanın 2 şəhər və 8 rayonunda repetitor və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində repetitor və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR