Koronavirusa qarşı müvafiq vaksinlərin tam yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər görülür

Koronavirusa qarşı müvafiq vaksinlərin tam yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər görülür
# 19 noyabr 2020 14:19 (UTC +04:00)

“Bəzi şəxslər evdə müalicəyə üstünlük verir, bu da ağırlaşmalara yol açır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu kimi halların olmaması üçün zamanında həkimə müraciət etmək lazımdır.

H. Hacıyev koronavirusa qarşı vaksinlərin Azərbaycana gətirilməsi məsələsinə də toxunub.

“Müvafiq vaksinlərin tam şəkildə yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər həyata keçirilməkdədir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR