Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə müddətli əlavələr ödənilib

Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə müddətli əlavələr ödənilib
# 21 dekabr 2020 10:58 (UTC +04:00)

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1, 4 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR