Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər üçün vahid portal yaradılacaq

Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər üçün vahid portal yaradılacaq
  • Clock-gray 18:01
  • calendar-gray 27 Fevral 2020

Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlərə baxılma işi təkmilləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Baş Prokurorluğa 2020–2022-ci illərdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılma işinin təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq nəzdində fəaliyyət göstərən “161 - qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, vahid elektron müraciət portalının (161.az) yaradılması tövsiyə edilib.

 

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date