FHN: Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - YENİLƏNİB

FHN: Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - YENİLƏNİB
# 05 iyun 2020 16:20 (UTC +04:00)

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdədə Kür çayında yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Kür çayında burulğana düşən 4 nəfərdən 1-i boğulub, 3-ü xilas edilib.

Bərdənin Nazırlı kənd icra nümayəndəsi Pərviz Əlizadə APA-ya açıqlamasında bildirib ki, Kür çayında çimərkən burulğana düşənlərin hamısının 18 yaşı var.

Onlar - Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və Göyüşov Ozan Yusif oğludur.

Onlardan 3-ü sudan çıxa bilib. R. Mirağazadəni isə xilas etmək mümkün olmayıb.

Hazırda R. Mirağazadənin axtarışları davam etdirilir.

***

saat 15:55

Kür çayında çimən 4 nəfər burulğana düşüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Kür çayının rayonun Bərdənin Nazırlı Qılınclı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşənlərdən 3 nəfəri sudan çıxarılıb. 1 nəfərin axtarışları isə davam etdirilir.

Sudan çıxarılan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR