“Laçının azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edilib

“Laçının azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edilib
# 01 dekabr 2020 20:54 (UTC +04:00)

Prezident İlham Əliyev “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməni təsdiq edib.

APA-nın məlumatına görə, “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Ağdamın azad olunmasına görə” medalından sonra taxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR