Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb
  • Clock-gray 11:26
  • calendar-gray 03 Mart 2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Kosalar kəndində yerləşən, fiziki şəxs Əliyeva Pərvanə Məmmədəli qızına məxsus marketdə yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı məhsullar aşkarlanıb.

Aşkarlanan nöqsanlarla bağlı istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Günay Elşadqızı

Digər xəbərlər