Lənkəranın polis rəisi Sumqayıt Polis İdarəsinə rəis gətirilib - EKSKLÜZİV

Lənkəranın polis rəisi Sumqayıt Polis İdarəsinə rəis gətirilib - EKSKLÜZİV
# 03 fevral 2021 10:02 (UTC +04:00)

Sumqayıta yeni polis rəisi təyin edilib.

APA xəbər verir ki, bununla bağlı Daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Fəqan Azadəliyev Lənkəran rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Sumqayıt şəhər Polis İdarəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti APA-ya faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR