MİQ imtahanlarında iştirak üçün namizədlərin səhifələrinə məlumatlar göndərilib

MİQ imtahanlarında iştirak üçün namizədlərin səhifələrinə məlumatlar göndərilib
  • Clock-gray 18:13
  • calendar-gray 04 Dekabr 2020

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. 

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. 

Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərsiniz: https://www.miq.edu.az/movzular

Əsmər Qabil

Digər xəbərlər