MİQ imtahanlarının tarixləri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib

MİQ imtahanlarının tarixləri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib
# 11 avqust 2020 10:39 (UTC +04:00)

Bu ilin 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək.

Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR