Avqustun 21-25-də müəllimlərin işə qəbulu imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.
Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.