MİQ üzrə onlayn müsahibələrə elektron qeydiyyat başa çatıb

MİQ üzrə onlayn müsahibələrə elektron qeydiyyat başa çatıb
  • Clock-gray 12:21
  • calendar-gray 28 Yanvar 2021

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, 25-27 yanvar tarixlərini əhatə edən elektron sənəd qəbulunda 3118 nəfər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz: https://www.miq.edu.az/movzular

Əsmər Qabil

Digər xəbərlər